ONN İnformasiya Agentliyi

Qarabağda türk-rus hərbçiləri birgə HƏRƏKƏTƏ KEÇİR – BU TARİXDƏ

Qarabağda türk-rus hərbçiləri birgə HƏRƏKƏTƏ KEÇİR – BU TARİXDƏ
29 Yanvar 2021 - 16:33

Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar tarixində Ağdam bölgəsində işə başlayacaq.

ONN media xəbər verir ki, bu barədə RİA “Novosti”yə etibarlı mənbələrdən bildirilib.

Qeyd edilib ki, mərkəzə 60 rus və 60 türk hərbçisi cəlb olunub.

“Mərkəz sabahdan fəaliyyətə başlayacaq” deyən agentliyin həmsöhbəti qeyd edib ki, bölgədə pilotsuz uçuş aparatları ilə də monitorinq aparılacaq.

Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün döyüş əməliyyatlarına pilotsuz uçuş vasitələrindən istifadə etməklə nəzarət vəzifələri yerinə yetirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png