ONN İnformasiya Agentliyi

Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
01 Fevral 2021 - 23:47

Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.

ONN media  xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayət şöbəsinin yaydığı məlumata görə, Kropivnitsk məktəbində 1-4-ci sinif şagirdləri arasında kütləvi zəhərlənməyə səbəb məktəbin bufetində istifadə olunan qida məhsulu əsas göstərilib.

15-ə yaxın şagird mədə ağrısı, ürək bulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png