ONN İnformasiya Agentliyi

Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI – 4 nəfər…

Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI – 4 nəfər…
08 Fevral 2021 - 9:14

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

ONN media xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

“Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir” – açıqlamada deyilir.

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır:

“İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png