ONN İnformasiya Agentliyi

Nikol seçkidən 3 səbəbə görə imtina etdi – Aksiyalar başlayır

Nikol seçkidən 3 səbəbə görə imtina etdi – Aksiyalar başlayır
08 Fevral 2021 - 14:58

Hakim fraksiya üç səbəbə görə erkən parlament seçkilərini keçirməkdən imtina edib.

ONN media  xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının və Vətənin Qurtuluşu Hərəkatının üzvü İşxan Saqatelyan hakim Mənim Addımım blokunun erkən parlament seçkiləri keçirilməsindən imtina qərarını şərh edərkən deyib.

“Birincisi, Paşinyan bilir ki, onun seçilmək şansı yoxdur. Bu, sadəcə mümkün deyil.

İkincisi, seçkilər onun komandasında ciddi problemlərə yol açacaq, çünki onların əksəriyyəti parlament mandatının itirilməsi təhlükəsini dərk edir.

Üçüncüsü, hakimiyyət etirazçı hərəkatın artıq təslim olduğunu hesab edir”, – deyə Saqatelyan yazıb.

Saqatelyan hakimiyyətin böyük səhv etdiyini bildirib:

“Çünki “populist xainlər” xalqlarını bir dəfə aldada bilər, ikinci dəfə bu, işə yaramayacaq”.

Saqatelyan bu qərara etiraz olaraq aksiyaların başlayacağını qeyd edib:

“Növbəti mitinq 20 fevral saat 15:00-da Azadlıq meydanında keçiriləcək”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png