ONN İnformasiya Agentliyi

İran COVID-19 peyvəndini təqdim etdi

İran COVID-19 peyvəndini təqdim etdi
08 Fevral 2021 - 18:48

İranın COVID-19-a qarşı hazırladığı “Razi Cov Pars” peyvəndi təqdim edilib.

ONN media xəbər verir ki,peyvəndin kliniki sınaqlarının qısa zamanda başlanacağı bildirilib.

90 ildir peyvənd və serum istehsalı ilə məşğul olan şirkət tərəfindən hazırlanan peyvənd ölkənin ikinci yerli məhsuludur.

“Razi” Qurumunun prezidenti Əli İşaki 1 ilə yaxındır üzərində işlədikləri peyvəndin hazırlıq mərhələsində meymunlar üzərində aparılan sınaqların müsbət nəticə verdiyini söyləyib.

“Razi Cov Pars” həm burundan qəbul edilə, həm də inyeksiya oluna bilər.

Qeyd edək ki, İranın ilk yerli peyvəndi “COVIRAN Bərəkət” adlanır və 29 dekabr 2020-ci ildə sınaqdan keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png