ONN İnformasiya Agentliyi

Paşinyan Türkiyə ilə sərhədə getdi

Paşinyan Türkiyə ilə sərhədə getdi
17 Fevral 2021 - 11:06

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrüdə səfərdədir.

ONN media  xəbər verir ki, 11:30-da onun Qarabağda əsir və itkin düşmüş şəxslərin yaxınları ilə görüşü planlaşdırılır.

Söhbət bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, itkin düşmüş və əsir götürülmüş hərbçilərin yaxınları uzun müddətdir etiraz aksiyaları keçirirdilər. Onlar səlahiyyətli şəxslərdən qohumları haqqında dəqiq məlumat vermələrini, eyni zamanda, onları tapmaq və vətənlərinə dönmək üçün konkret addımlar atmalarını tələb edirlər.

Xatırladaq ki, Qarabağ münaqişəsi zonasında əsir götürülmüş 100-dən çox şəxsə qarşı Azərbaycanda cinayət işi açılıb. Onlar terror və muzdlu xidmətdə ittiham olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png