ONN İnformasiya Agentliyi

Əsirlikdən qayıdan erməniyə ŞOK “SÜRPRİZ”

Əsirlikdən qayıdan erməniyə ŞOK “SÜRPRİZ”
17 Fevral 2021 - 14:23

Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinə əsir düşən erməni əsgərlərdən biri S.A.-ya qarşı cinayət işlənib.

ONN media  xəbər verir ki, Kotaykda yaşayan ailə 25 yaşlı övladının geri qayıdışını qeyd etmək üçün restorana gedib.

Axşam evə qayıdarkən isə evlərinin qarət olunduğunu görüb.

“Evdəki vəziyyəti təsvir edilə bilmirəm. Nə qızılımız, nə də pulumuz qalıb. Çox güman ki, əsirlikdən qayıdan oğluma kömək verildiyini düşündülər və buna görə qarət etdilər. Buradakı hər kəs bilir ki, nə mən, nə də ərim bu anda işləmirik, gəlirimiz yoxdur”, – əsgərin anası deyib.

Ailə hüquq-mühafizə orqanlarının hərəkətsizliyi və ya ləngliyindən şikayətçidir. Çünki hadisə dərhal bildirilsə və şübhəlilərin adı təqdim olunsa da, heç bir nəticə yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png