ONN İnformasiya Agentliyi

Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı

Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı
12 Mart 2021 - 14:18

“Maksim” taksi şirkəti qiymətləri təxminən 20 faiz artırıb.

ONN media  xəbər verir ki, şirkətin əvvəlki həftəiçi qiymətləriylə müqayisədə qiymətlərdə son günlər nəzərəçarpacaq dərəcədə ciddi artım müşahidə olunur. Bu artımın həftə sonlarında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün daha da çox olduğu bildirlir.

Məsələ ilə bağlı şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, qiymət artımı tələbatın artması, yollardakı vəziyyət, hava şəraiti və s. kimi amillər səbəbindən avtomatik baş verir:

“Taksidə qiymətin təyin olunması prosesi dinamik şəkildə həyata keçirilir. Qiymət avtomatik olaraq, yəni şəhərin hər rayonu üçün sərnişinlərdən irəli gələn tələb və təklif, aktiv sürücülərin sayı nəzərə alınmaqla hesablanır. Həmçinin yol və hava şəraiti nəzərə alınmaqla, o, dəyişə bilər.

Eləcə də karantin məhdudiyyətləri yumşaldıqdan sonra restoranlar, kafelər və insanların kütləvi toplaşdığı məkanlar açılmağa başladı. Buna müvafiq olaraq, sərnişin axını və səfərlərə tələbat artdı. Və bu da, öz növbəsində, Bakı yollarında çox sayda tıxaclara gətirib çıxardı. Taksilərin normal işinin təmin olunması üçün qiymətlərin dəyişilməsi zəruri məsələdir. Tıxaclarda boş durmalara görə sərf edilən yanacağın həcmi və itirilən vaxt artır. Yəni, obyektiv səbəblərə görə sürücü daha az sifariş yerinə yetirir, daha az qazanır. Məhz buna görə sifarişlərin sayının kəskin artmasına cavab olaraq sistem artan əmsallarla reaksiya verir ki, sifarişləri yerinə yetirməyə sürücülərdə motivasiya olsun, sərnişinlər isə avtomobili daha az gözləsin. Vəziyyət stabilləşən kimi qiymətlər də əvvəlki hala qayıdır”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png