ONN İnformasiya Agentliyi

İdmanla məşğul olmamaq bu xəstəliyi artırır

İdmanla məşğul olmamaq bu xəstəliyi artırır
02 Aprel 2021 - 17:22

ABŞ-ın Luiziana  xəstəxanasının həkimləri idmanla məşğul olmayan insanların fiziki və psixoloji sağlamlığı haqda tədqiqatlar aparıblar.

ONN media  bildirir ki, 168 ölkənin vətandaşı üzərində aparılan araşdırmalar göstərib ki, idmanla məşğul olmayanlarda demans ( Dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə, kimi zehni funksiya bacarıqlarının axsaması və zamanla itirilməsi) xəstəliyi riski yüzdə 8%-ə qədər artıb.

Nəticələri “British Journal of Sports Medicine” adlı məqalədə yayımlanan yazıda, idmanla mütəmadi məşqul olmamağın yüksən qan təzyiqinə də səbəb olduğu qeyd edilib.

Tədqiqatlar göstərib ki, dünya əhalisinin yarıdan çoxu hərəkətsiz vəziyyətdə yaşayır. Buna görə də mütəxəssislər, idmanla məşğul olunmasa da, təmiz havada gəzməyi və mütəmadi olaraq velosipeddən istifadə etməyi tövsiyyə edirlər.(axsam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png