ONN İnformasiya Agentliyi

Türkiyənin reytinqli serialında ŞOK OLAY

Türkiyənin reytinqli serialında ŞOK OLAY
20 Aprel 2021 - 10:59

“Hercai” serialının final bölümlərinin çəkilişlərində böyük qalmaqal çıxardığı deyilən baş rol aktyoru Akın Akınözü hadisənin necə baş verdiyini danışıb.

ONN media  xəbər verir ki, aktyor bu barədə instaqramda paylaşım edib.

Akınözü çəkilişlərin gecikməsinin onunla bağlı olmadığını, karavanın isə çəkiliş qrupundakı biri tərəfindən dağıdıldığını söyləyib: “Mənim tərəfimdən edilmədiyi halda və mətbuatda fərqli şəkildə təqdim edilən hadisə haqqında açıqlama verməyə özümü məcbur hiss edirəm.

19.04.2021-ci il tarixində səhnə öncəsi hazırlıq mərhələsində karavan içində olanda çəkiliş qrupunun rəhbəri məndən asılı olmayan gecikmə səbəblərinə görə, təhqir və təhdidlər edərək şəxsiyyətimi aşağıladı. Daha sonra bu şəxs karavanı dağıdaraq fiziki təhdidə gedən davranışlar göstərməyə başladı. Odur ki, çəkilişdən ayrılaraq karavanı dağıdan və şəxsiyyətimi alçaldan şəxsi Midyat Baş Prokurorluğuna şikayət etdim.

Şəxsiyyətimi aşağılayan bu əsassız iddiaları, xüsusilə bu vəziyyətdən yararlanmağa çalışan fürsətçiləri ixtiyarınıza buraxıram. Bu mövcud şərtlər altında üzərimə düşən öhdəliklərdən dolayı, çəkilişlərə davam edirəm və bu səbəbdən hələlik bu qədər izahat verə bilirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png