ONN İnformasiya Agentliyi

DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdi
23 Aprel 2021 - 19:12

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start verəcək.

ONN media  xəbər verir ki, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.

Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: “Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png