ONN İnformasiya Agentliyi

“Füzuli” yarımstansiyası istifadəyə verildi

“Füzuli” yarımstansiyası istifadəyə verildi
16 İyun 2021 - 14:20

İşğaldan azad edilən Füzuli rayonunda yeni tikilən “Füzuli” yarımstansiyası istifadəyə verilib.

ONN media  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur.

“Hazırda 110/35/10 kV-luq Füzuli yarımstansiyasındayıq. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyekləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək”.

O qeyd edib ki, 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub:

“Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə bu istiqamətdə işlər davam etdirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png