ONN İnformasiya Agentliyi

Bakının bu ərazisində tıxac var

Bakının bu ərazisində tıxac var
14 İyul 2021 - 9:30

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən  verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesi (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur.

Həmçinin, Binəqədi şosesi – (Əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metrostansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) və Həsən bəy Zərdabi prospektində (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq müşahidə edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png