ONN İnformasiya Agentliyi

Ermənilər Şuşanı niyə atəşə tutdu? – DETALLAR

Ermənilər Şuşanı niyə atəşə tutdu? – DETALLAR
14 İyul 2021 - 12:09

Qarabağdakı əlisilahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Ekspert bildirib ki, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir:

“Moskva Bakının izahat tələblərini qulaqardına vurur. Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.

Münaqişə o zaman bitəcək ki,

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;

2) Qarabağdakı erməni separatçıları tərk-silah olacaqlar;

3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;

4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png