ONN İnformasiya Agentliyi

Putin Makronla Qarabağdan DANIŞDI

Putin Makronla Qarabağdan DANIŞDI
19 Avqust 2021 - 21:29

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər “Taliban”ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Emmanuel Makrona 9 Noyabr 2020-ci il və 11 Yanvar 2021-ci il tarixlərində Dağlıq Qarabağla əlaqədar imzalanan üçtərəfli bəyanatların həyata keçirilməsindəki irəliləyişlər haqqında məlumat verib.

Əlavə edilib ki, bölgədə vəziyyət ümumilikdə sabitdir. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atılır.

Bundan əlavə, ATƏT -in Minsk Qrupu da daxil olmaqla, nizamlanmanın müxtəlif aspektləri üzrə gələcək birgə işlərin aparılması üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Prezidentlər Ukrayna və digər region dövlətləri ilə bağlı məsələləri də müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png