ONN İnformasiya Agentliyi

Şıx çimərliyində ŞOK OLAY – Bıçaqla hədələdilər və…

Şıx çimərliyində ŞOK OLAY – Bıçaqla hədələdilər və…
23 Avqust 2021 - 13:59

Bakıda çimərlikdə quldurluq hadisəsi törədilib.

ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail RPİ 41-ci Polis Bölməsinə avqustun 12-də Şıx çimərliyində bir nəfərin paytaxt sakini R.Nağıyevə məxsus “Qazel” markalı avtomobildən 3500 manat pul, 750 manat dəyərində 2 ədəd mobil telefon və qohumu R.Abbasova məxsus 600 manat dəyərində mobil telefonu oğurlayıb, “TOFAŞ” markalı avtomobillə hadisə yerini tərk etmək istəyən zaman R.Nağıyevin və R.Abbasovun onu saxlamağa cəhd etməsi, lakin həmin şəxsin və avtomobildəki digər şəxsin onları bıçaqla hədələyərək hadisə yerini tərk etmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri S.Aydınov və O.Hənifəyev müəyyən edilərək saxlanılıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png