ONN İnformasiya Agentliyi

Bakıda gecəyarısı “İnfiniti” klubdan çıxan bacıların başına oyun açdılar – TƏFƏRRÜAT

Bakıda gecəyarısı “İnfiniti” klubdan çıxan bacıların başına oyun açdılar – TƏFƏRRÜAT
09 Sentyabr 2021 - 11:38

Nərimanov rayon Məhkəməsində gənc qıza qarşı xuliqanlıq etmiş Göygöl rayonu Hacıməlik qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elvin Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONN media  xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq-bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı verilib.

Məhkəmədə məlum olub ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində baş verib. Belə ki, Lalə Musayeva, bacısı Jalə və tanışı Aygünlə birlikdə gecə saat 1 radələrində “İnfiniti” gecə klubundan çıxaraq yaxınlıqdakı “Delüks” otelinə doğru hərəkət ediblər. Otelə yaxınlaşarkən onlara avtomobillə tanımadıqları şəxslər yaxınlaşıb və söz atmağa başlayıblar. Xuliqanlıq əməli ilə üzləşən L.Musayeva deyib:

“Piyada gedərkən arxadan asta sürətlə yaxınlaşan «Mercedes Benz» markalı, 10-10-059 dövlət qeydiyyat nişanlı avtomobilinin paralel hərəkət etdiyini müşahidə etdik. Həmin avtomobilin sürücüsü və qabaq sərnişin oturacağında əyləşmiş oğlan mənə və və bacıma söz ataraq əxlaqsız təkliflər etməyə başladı, onların avtomobilinə əyləşməyimizi istəyirdilər. Əvvəlcə onların hərəkətlərinə əhəmiyyət verməsək də həmin şəxslər, xüsusən də avtomobilin sürücüsü kobudlaşmağa başladı, bizi təhqir etməyə və əxlaqsız adlandırmağa başladı. Mən də hirslənib ona “evində olan qadınlara hörmət qoyursansə bizimlə işin olmasın”, deyə irad tutdum. Bu zaman Elvin avtomobili saxlayıb yerə düşdü, söyüşlər söyə-söyə yaxınlaşdı və qəfildən yumruqla sağ göz nahiyəmə, yanağıma və başıma bir neçə dəfə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım, əlimdəki «Xiomi» markalı mobil telefonu yerə düşdü və telefonunun ekranı sındı. Elvin əli ilə saçımdan tutub təxminən 2 metr məni yerdə sürüdü və təpikləməyə başladı, sağ ayağıma bir neçə zərbə vurdu. Sağ qolum da sürütləmə nəticəsində sıyrılıb. Bu zaman yoldan keçən şəxslər yaxınlaşıb Elvini aralaşdırdı. Elvin uzaqlaşarkən bacım Jalə ayağa qalxmağıma köməklik etdi. Ayağa qalxıb dikələndə avtomobildə qabaq sərnişin oluracağında əyləşmiş tanımadığım oğlan avtomobildən düşüb yaxınlaşdı və saçımdan tutub qəfildən arxaya dartmaqla məni yenidən yerə yıxdı, yerdə sürüməyə başladı, təpiklə sağ ayağıma bir neçə zərbə vurdu. Tanımadığım şəxslər onu da aralaşdırdıqdan sonra həm Elvin, həm də sərnişin avtomobilə əyləşib ərazidən uzaqlaşdı. Həmin avtomobildə olmuş arxa oturacaqda əyləşən tanımadığı 3-cü şəxs isə avtomobildən yerə düşməyib. Bundan sonra DİN-in 102 Xidmətinə zəng vurub məlumat verdim. Daha sonra polis şöbəsinə gedərək şikayət ərizəsi yazdım. Evə çatdıqdan sonra sağ qolumda olmuş qızıl qolbağın və qulağındakı sırğanın sol tayının hadisə zamanı döyülərkən düşüb itdiyini bildim. Növbəti gün səhər saatlarında həmin yerə gedib qolbaq və sırğa tayını axtarsam da tapa bilmədim. Hadisə təxminən 15 dəqiqə ərzində olub və hadisəni ətrafa toplaşmış tanımadığı şəxslər görübr. Mənə ümumilikdə 1865 manat ziyan dəyib”.

Məhkəmə prosesində məlum olub ki, Elvin Məmmədov olaydan sonra Rusiyaya gedib və bir neçə ay sonra ölkəyə qayıdarkən aeroportda tutulub. Onunla birgə Laləni döyən şəxs isə daha əvvəl tutularaq məsuliyyətə cəlb edilib.

E.Məmmədov daha əvvəl məhkum olunmadığı üçün məhkəmə onun yüngül cəzaya məhkum edilməsinə və həbs edilməməsinə, yalnız 2 il müddətinə azadlığının qismən məhdudlaşdırılmasına qərar verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png