ONN İnformasiya Agentliyi

Lavrov və Drian Qarabağı müzakirə ediblər

Lavrov və Drian Qarabağı müzakirə ediblər
24 Sentyabr 2021 - 11:23

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağa dair məsələlərdə qarşılıqlı mövqelərini ifadə ediblər.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi dünən BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda baş tutan Lavrov-Drian görüşü haqqında yayadığı məlumatda bildirilib.

Rusiya və Fransa xarici işlər nazirləri beynəlxalq gündəmdə olan digər aktual məsələləri də müzakirə ediblər.

Tərəflər Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün BMT Təhlükəsizlik Şurası çərçivəsində səy göstərməyə hazır olduqlarını ifadə ediblər.

Liviyada və İranın nüvə proqramı ətrafında həll problemləri ilə bağlı müzakirə aparan iki nazir məsələlərin sülh yolu ilə həlli prosesini vacib sayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png