ONN İnformasiya Agentliyi

Bakıda polis şöbəsində QƏTL

Bakıda polis şöbəsində QƏTL
30 Sentyabr 2021 - 10:59

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl törədilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png