ONN İnformasiya Agentliyi

Öldürdüyü şəxsi Novxanıda bağda basdırdı

Öldürdüyü şəxsi Novxanıda bağda basdırdı
30 Sentyabr 2021 - 14:07

Sumqayıt şəhərində qətl hadisəsi olub.

ONN media  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriib.

Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png