ONN İnformasiya Agentliyi

3-cü doza peyvənd kimlər üçün vacibdir? – TƏBİB

3-cü doza peyvənd kimlər üçün vacibdir? – TƏBİB
07 Oktyabr 2021 - 13:17

“Buster” (3-cü doza) – peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən, 3-cü dozanın 1 və 2-ci dozalardan 6 ay keçmiş və 65 yaşdan yuxarı yaş həddi olan, 18 yaşdan yuxarı yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir.

Bu sözləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva 3-cü doza peyvəndin əhəmiyyəti barədə danışarkən deyib.

“Azərbaycanda da artıq “buster” peyvənd olunanlar var. 60 yaşdan yuxarı və yüksək risk qrupuna daxil olan insanlara da 3-cü doza peyvənd olunmalarını tövsiyə edirik. TƏBİB-in öz əməkdaşları arasında da 3-cü doza peyvəndi olunanlar var. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 3-cü doza peyvəndi 50 yaşdan yuxarı yaş həddi olanlar, 16 yaşdan yuxarı yüksək risk qrupları, eyni zamanda yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60 yaşdan yuxarı vətəndaşlarla yanaşı, avqust ayından 12 yaşdan yuxarı yeniyetmələrə də tətbiq edilir. Tədqiqatlara əsasən, 3-cü doza almış 60-dan yuxarı yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb”, – Y.Qarayeva deyib.

Yaqut Qarayevanın sözlərinə görə, “buster” dozanın müsbət nəticəsi daha çox 65 yaşdan yuxarı yaş qrupunda qeydə alınıb:

“Türkiyədə, ABŞ-da keçirilmiş tədqiqatlara əsasən, “buster” dozanın effektivliyi sübut olunub. Kanada da “buster” dozanı immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png