ONN İnformasiya Agentliyi

Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib…

Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib…
30 Oktyabr 2021 - 12:30

İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qızın nənəsi Sənubər Şükürova hadisənin detallarını danışıb.

O bildirib ki, uşağın anası soğan yığmağa gedərkən atalığı Qurban ona dərman verərək yatırıb və yuxuya getdikdən sonra ona təcavüz edib: “Atalığı Qurban uşağı qorxudub. Anası soğan yığmağa, çörək bişirməyə gedirmiş. Uşaq da evdə tək qalırmış. Nəvəm dedi ki, mənə dərman verdi, sonra oyananda gördüm ki, bu vəziyyətdəyəm. Deyib ki, heç kəsə heç nə demə”.

Nənəsinin uşağı danışdırarkən çəkdiyi videogörüntüdə qızcığaz özü də bu faktı təsdiq edib. O, nənəsinə bildirir ki, atalığı ona iki dəfə təcavüz edib.

xxx

Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız ana olub.

“ARB xəbər”ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.

Nənəsinin sözlərinə görə, uşaq ögey atası tərəfindən təcavüzə məruz qalıb. Hadisələr isə qızın anasının işdə olduğu zamanlarda baş verib.

Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png