ONN İnformasiya Agentliyi

Bakıda ŞOK HADİSƏ – Elmlər doktorunun meyiti tapıldı

Bakıda ŞOK HADİSƏ – Elmlər doktorunun meyiti tapıldı
12 Noyabr 2021 - 21:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə ONN media FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan Tahir Sərdarov AMEA İqtsadiyyat İnstitunun aparıcı elmiş işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png