ONN İnformasiya Agentliyi

Azərbaycanda zəhərlənmə: ata öldü, qızın vəziyyəti ağırdır

Azərbaycanda zəhərlənmə: ata öldü, qızın vəziyyəti ağırdır
15 Noyabr 2021 - 11:41

Ötən gün “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.

“Kliniki Tibbi Mərkəz”dən verilən məlumata görə, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.

Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png