ONN İnformasiya Agentliyi

Vüqar Həşimov memorialı bərpa olunur

Vüqar Həşimov memorialı bərpa olunur
19 Noyabr 2021 - 15:04

İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat super turniri keçiriləcək. 

ONN media xəbər verir ki, baş tutacaq memorial dekabrın 17-də start götürəcək.

VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Bu dəfə mötəbər şahmat yarışı Bakıda keçiriləcək.

İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png