ONN İnformasiya Agentliyi

Azərbaycan xalqı həmişə sülh çağırışında olub – Hikmət Hacıyev

Azərbaycan xalqı həmişə sülh çağırışında olub – Hikmət Hacıyev
02 Dekabr 2021 - 14:56

Azərbaycan həmişə dünyaya sülh mesajlarını göndərib. Regionda da vaxtı ilə mövcud olmuş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan Respublikası davamlı istiqamətdə səylər göstərmişdi. Burada ədalətli sülhdən danışmaq lazımdır. Təəssüflər olsun ki, 30 il ərzində davam edən danışıqlar prosesində Azərbaycana təklif olunan sülh ədalətli deyildi. Azərbaycan ərazilərinin işğal altında olması xalqımız üçün qəbuledilməz idi. Bu gün Azərbaycanın sülh siyasətinə uyğun olaraq Sülh Mədəniyyət naminə konsepsiya irəli sürmüşdü. UNESCO çərçivəsində və digər tədbirlərdə vaxtı ilə mədəniyyət sülh naminə konsepsiyalar irəli sürülsə də, Azərbaycanın Ermənistan təcavüzü ilə asossiasiya olan təcrübəsi göstərir ki, sülh olduğu şəraitdə mədəniyyətin inkişafından danışmaq olar.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, 30 il ərzində işğal altında olan mədəniyyət abidələrimizin, irsimizin talan edilməsi bunun bariz nümunəsidir: “Regionda sülh təmin olunduqdan sonra möhtərəm Prezidentin və hökumətimizin bölgədə atdığı ilk addımlardan biri də Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi idi. Şuşa şəhərində keçirilən Xarıbülbül festivalı və digər tədbirlər bu istiqamətdə atılan addımlar idi. Ədalətli sülhün olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur. Hesab edirik ki, bu uğurlu konsepsiya sülhün inkişafına töhfə verəcək”.

Soçi görüşünün müsbət nəticələndiyini deyən Hikmət Hacıyev qeyd edib ki, birgə bəyanatda irəliləyiş əldə olunub: “Burda xüsusilə nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar məqamı qeyd etmək istərdim. Sənəddə qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması qısa müddətdə nəzərdə tutulub. Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılan nəqliyyat məsələləri üzrə işçi qrupunun bu gün Moskvada görüşü keçirilib. Bundan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müzakirələr aparılır. Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını aparmağa hazırdı. Bu reallığı ilk növbədə Ermənistan dərk etməlidir. 30 il ərzində onlar üçün sərhəd təmas xəttindən başlayırdı. Bu da işğalçılıq siyasətinin bir nəticəsidir. Yeni reallıqlar var, Ermənistan da bu sərhədlərə hörmət etməlidir”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir. “Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, – o vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png