ONN İnformasiya Agentliyi

ABŞ-dan Bakı və İrəvana çağırış

ABŞ-dan Bakı və İrəvana çağırış
02 Dekabr 2021 - 17:27

ABŞ İrəvan və Bakı arasındakı münaqişənin həlli üçün Rusiya ilə işləməyi səbirsizliklə gözləyir.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistan və Azərbaycanı humanitar məsələlərin həllində irəliləyiş əldə etməyə çağırır:

“Ümid edirəm ki, bu məsələdə biz hamımız, o cümlədən Rusiya ilə birlikdə irəliləyişə davam edə bilərik. Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırırıq”, – o deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png