ONN İnformasiya Agentliyi

Bayramov və Çavuşoğlu “3+3” formatından danışıblar

Bayramov və Çavuşoğlu “3+3” formatından danışıblar
08 Dekabr 2021 - 13:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png