ONN İnformasiya Agentliyi

Sınaq imtahanının nəticələri ELAN EDİLDİ

Sınaq imtahanının nəticələri ELAN EDİLDİ
29 Dekabr 2021 - 22:34

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə 2021-ci il dekabrın 26-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

ONN media xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1070 abituriyentdən 82 nəfəri imtahana gəlməyib.

Daha əvvəl də qeyd olunduğu kimi, sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçirilib.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılıb. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png