ONN İnformasiya Agentliyi

Moldova səfiri Azərbaycana təşəkkür etdi

Moldova səfiri Azərbaycana təşəkkür etdi
15 Aprel 2022 - 11:07

Moldova səfiri Azərbaycana ukraynalı qaçqınlara humanitar yardım göndərdiyinə görə təşəkkür edir. 

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar deyib. 

Onun sözlərinə görə, hazırda Moldovada 100 minə yaxın ukraynalı qaçqın məskunlaşıb. “Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkəmiz Azərbaycan Moldovaya bu çətin dövrdə kömək edir. Ukraynanın bir çox vətəndaşı Moldova vasitəsilə başqa ölkələrə köçüb. Hazırda ukraynalı qaçqınların 4 faizi müvəqqəti olaraq Moldovada yaşayır. Köməyə görə dost Azərbaycana və Prezident İlham Əliyevə minnətdarıq” – N.Kojuhar qeyd edib.

Xatırladaq ki, bu gün  səhər saatlarında Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım Moldovaya yola salınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png