ONN İnformasiya Agentliyi

Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü

Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
15 Aprel 2022 - 19:55

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png