ONN İnformasiya Agentliyi

Bakıda bu küçələrdə tıxac var

Bakıda bu küçələrdə tıxac var
18 İyun 2022 - 14:49

ONN media Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

2. Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

3. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq.

4. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq.

5. Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png