ONN İnformasiya Agentliyi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
17 Dekabr 2022 - 20:14

Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlarına istiqamət alıb”.

ONN media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu barədə “Facebook”da yazıb.

O bildirib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur: “Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, Yaşasın Azərbaycan!”

Qeyd edək ki, bu gün Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi Ukraynaya çatıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png