ONN İnformasiya Agentliyi

Bakıda 10 günlük körpəni zibilliyə atan şəxs MƏLUM OLDU

Bakıda 10 günlük körpəni zibilliyə atan şəxs MƏLUM OLDU
18 İyul 2023 - 11:00

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

ONN media xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb.

Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png