ONN İnformasiya Agentliyi

Temperatur 35 dərəcəyə yüksələcək

Temperatur 35 dərəcəyə yüksələcək
19 İyul 2023 - 13:00

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png