ONN İnformasiya Agentliyi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi
19 İyul 2023 - 17:32

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

ONN media “Teleqraf.com”a istinadən bildirir ki, Şahnaz Haşımovanın nəvəsi onun səhhəti barədə danışıb. O deyib ki, Xalq artistinin səhhəti ötən gün pisləşib:

“Ötən gün səhər saatlarında Gəncədə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Səhhətində problem yaranıb. Şəkər xəstəliyindən əziyyət çəkir, təzyiqi də qalxıb. Bu problemlər isə qan dövranına təsir edib. Hazırda özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Şahnaz Haşımova Əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png