ONN İnformasiya Agentliyi

Böyük Dəbilqə: Xanım cüdoçumuz bürünc medal qazandı

Böyük Dəbilqə: Xanım cüdoçumuz bürünc medal qazandı
24 Oktyabr 2023 - 17:40

Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

ONN media xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edərək buna nail olub.

66 kq çəkidə yarışan Ruslan Paşayev də bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, BƏƏ-dən olan Narmandah Bayanmunhla üz-üzə gələcək.

Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

ONN media xəbər verir ki, Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şanslarını saxlayırlar.

Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.

Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png