ONN İnformasiya Agentliyi

Zelenskidən Rusiyaya BÖYÜK ŞOK

Zelenskidən Rusiyaya BÖYÜK ŞOK
24 Noyabr 2023 - 8:19

Ukrayna Prezidenti Vladimir Zelenski iki fərmanla Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə sanksiya tətbiq edib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna hökumətinin məlumatında deyilir.

Sanksiyalar siyahısına Rusiyanın “Mərkəz” qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov, həmçinin Donetsk və Luqansk “respublika”larının “ombudsman”ları Daria Morozova və Viktoriya Serdyukova və başqaları daxildir.

Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində ixtisaslaşmış rus şirkətlərinə sanksiya tətbiq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png