Noyabrda çirkli pulların yuyulması ittihamı ilə saxlanılan Dilan-Engin Polat cütlüyünə məxsus kremlərin Lüleburqazda bal meşəsinə töküldüyü iddia edilib.
ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən il noyabrdın 17-də baş verib.
Belə ki, Lüleburqazın Eskitaşlı kəndində naməlum şəxslər tərəfindən bal meşələrinə kimyəvi tullantılar atılıb.
Arıçılıqla dolanan kənd sakinləri vəziyyəti aidiyyatı qurumlara çatdırıblar.