ONN İnformasiya Agentliyi

Qarabağ qazisinin müəmmalı ölümü

Qarabağ qazisinin müəmmalı ölümü
06 Fevral 2018 - 11:26

Bakıda Qarabağ müharibəsi əlininin naməlum şəraitdə ölümü onun qətl qurbanı olması ilə bağlı ehtimala yol açıb.

ONN media xəbər verir ki, bəzi yerli KİV-lər 1974-cü il təvvəlüdlü Əhmədov Mübariz Şamil oğlunun Beynəlxalq Avtovağzalın qarşısında döyüldükən sonra aldığı xəsarətlərdən öldüyü barədə məlumatlar yayıb.

Zərərçəkən baş, boyun və bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və çox keçmədən xəstəxanda keçinib.

Binəqədi rayon Polis İdarəsinin məlumatına əsasən, həmin şəxs 5 fevralda Bakı –Sumqayıt yolunda, Biləcəri enişi yaxınlığında aşkarlanıb. Məhkəmə tibbi ekspertizasının 6 fevral tarixli rəyinə görə, meyitin müayinəsi zamanı qeydə alınan bədən xəsarətləri Əhmədovun yol-nəqliyyat hadisəsi qurbanı olduğuna işarə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png