Bakı metrosunda sərnişinin ürəyi tutub.
ONN media xəbər veir ki, hadisə bu gün saat 15:49 radələrində metronun “İnşaatçılar” stansiyasında baş verib.
Belə ki, 35-40 yaşlarında kişinin ürəyi tutub. Hadisə, sərnişin stansiyada qatar gözləyərkən, baş verib.
Dərhal digər sərnişinlər və polis əməkdaşları həmin şəxsə kömək etməyə çalışıblar. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.