Türk müğənni Doğuş aparıcılıq edəcək
ONN media xəbər verir ki, bu barədə “5-də 5” verilişinin aparıcısı Zaur Kamal məlumat verib.
Doğum günü münasibətilə Doğuşu və jurnalist həyat yoldaşı Xoşqədəm Baxşəliyevanı qonaq çağıran Z.Kamal bildirib ki, sənətçi musiqili proqram aparacaq. Veriliş “Xəzər TV”də yayımlanacaq.
Doğuş isə öz növbəsində aparıcının sözlərini təsdiqləyib və “inşallah” deməklə kifayətlənib.