ONN İnformasiya Agentliyi

Rusiyadan çağırış: ATƏŞİ DAYANDIRIN!

Rusiyadan çağırış: ATƏŞİ DAYANDIRIN!
13 İyul 2020 - 19:54

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

ONN media   xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergei Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyytdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir həmçinin Bakı və İrəvanla təmasları çərçivəsində “istər ölkə olaraq, istərsə də ATƏT-in Minsk qrupu həmsədri sifətilə” vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png