ONN İnformasiya Agentliyi

SÖZ adamı Cavid İsmayıl – Züleyxa NADİR yazır

SÖZ adamı Cavid İsmayıl – Züleyxa NADİR yazır
29 Aprel 2024 - 13:05

“Vətən bizə əmanətdir” kitabı  haqqında 

Yazı yazmaq, SÖZ sənəti ilə məşğul olmaq peşələrin ən çətinidir. Yaradıcı adamın beyni 24 saat çalışır – evdə, mətbəxdə, avtobusda, təyyarədə, qatarda, hətta yatanda da dayanmır, yuxuda belə mövzunun süjet xəttini qurur. Beyin daim məşğuldu, dayanmadan düşünür. Yazının  birinci cümləsini fikirləşir, ya da sonunu necə bitirəcəyi haqqında götür-qoy edir. Yaxud da balaca bir fikrin ətrafında böyük bir “fırtına yaratmağın” yollarını axtarır.

Yazmaq üçün stol arxasında oturmağı bacarmaq lazımdır. Yaradıcı adam həmin bacarıqdan dolayı istedad  sahibidirsə, ortaya qoyduğu “məhsul” da keyfiyyətli olur. Sən, ey SÖZ adamı, stol arxasında oturmaqdan belin əyiləcək, bu səni qorxutmursa, buyur gəl SÖZün hüzuruna.  Saatlarla oturmalısan, düşünməlisən və bunları kompüterin yaddaşına köçürməlisən. Əgər düşünməkdən yorulmursansa, yazmaqdan usanmırsansa, buyur gəl SÖZ dünyasına. Gözlərin işığını itirəcək, görməkdən məhrum ola bilərsən, bu səni incitməyəcəksə, buyur gəl SÖZ dəryasında üzməyə. SÖZün sanbalı ürəyini ağrıdacaq, bu ağrını daşıya biləcəksənsə, buyur gəl SÖZlə qolboyun olmağa. Nəhayət, SÖZ səni stol arxasındaca öldürə bilər, bu ölümə hazırsansa, buyur gəl SÖZ Cənnətinə.

SÖZü sevən, başına dolanan və onlarca kitabın, yüzlərlə publisistik yazının müəllifi Cavid İsmayıl məhz bu parametrlərin daşıyıcısıdır. Əlinizdəki “Vətən bizə əmanətdir” kitabı  Cavid İsmayılın SÖZ dünyasındakı düşüncələrinin, SÖZün çəkisini daşıyan hiss və duyğularının fikir toplusudur. Digər kitabları kimi burada da Cavid bəy bütün duyğularını, istək və arzularını SÖZə çevirərək oxucuya təqdim edib.

Müxtəlif mövzulardan bəhs edən yazıları oxuyanda Cavid bəyin yaza bilmədiyi fikirləri də alt qatda  görmək olur. “Ana dilimizə hörmət, ehtiram göstərmək hər birimizin şərəf məsələsi olmalıdır – şərəfimizi qoruyaq”, “Qəhrəman analar diyarıdır Azərbaycan”, “Makron, sən kimin xoruzusan?”, “Vətən uğrunda bir olmağı bacaraq”, “Şəhidlərimizə borcumuz sonsuzdur”, “Onlar düşməndən də təhlükəlidir”, “Biz haqqın yanındayıq”, “Dəyərlərimizin dəyərini bilək, əfəndilər” yazılarında əsasən Vətən təəssübü, xalq, millət sevgisi qabardılıb. “O bir türk oğludur” və “Türkün törəsinə sadiqdir İlham Heydər oğlu” məqalələri Prezident İlham Əliyevə, onun 44 günlük savaşda göstərdiyi cəsarətə, qətiyyətə, siyasi iradəsinə həsr olunub.

Çəkinmədən deyə bilərəm ki, “Əfəndilər, Vətən bizə əmanət” məqaləsi kitabın lokomotividir. Müəllif yazır: “Öz-özü­­­­mə dü­­­­şü­­­­nü­­­­rəm: doğ­­­­ru­­­­dan da Araz sö­­­­zü, Bö­­­­yük Və­­­­tə­­­­nin ya­­­­ra­­­­lan­­­­mış si­­­­nə­­­­sin­­­­dən axa­­­­raq, san­­­­ki, Və­­­­tən ya­­­­ra­­­­sı­­­­na məl­­­­həm olan xan Araz və ya­­­­xud da hər  Za­­­­ur Təh­­­­mi­­­­nə­­­­yə yar ola bil­­­­mə­­­­di­­­­yi ki­­­­mi də, hər və­­­­tən­­­­daş Və­­­­tə­­­­nə daş ola bil­­­­mir. Bu gün da­­­­ha çox açıq mü­­­­şa­­­­hi­­­­də edi­­­­lir ki, bir sı­­­­ra hal­­­­lar­­­­da Döv­­­­lə­­­­ti­­­­nə, Və­­­­tə­­­­ni­­­­nə, Pre­­­­zi­­­­den­­­­ti­­­­nə bağ­­­­lı olan, il­­­­lə­­­­rin sı­­­­na­­­­ğın­­­­dan ke­­­­çə­­­­rək təc­­­­rü­­­­bə əl­­­­də edən pe­­­­şə­­­­kar kadr­­­­lar qəs­­­­dən və bi­­­­lə­­­­rək­­­­dən sı­­­­xış­­­­dı­­­­rı­­­­lır, iş­­­­dən kə­­­­nar­­­­laş­­­­dı­­­­rı­­­­lır və yer­­­­lə­­­­ri­­­­nə qey­­­­ri-pe­­­­şə­­­­kar, dav­­­­ra­­­­nış qay­­­­da­­­­la­­­­rın­­­­dan uzaq və qey­­­­ri-etik nor­­­­ma­­­­la­­­­rı­­­­nı hə­­­­yat pri­­­o­­­­ri­­­­te­­­­ti­­­­nə çe­­­­vir­­­­miş in­­­­san­­­­lar ha­­­­ra­­­­la­­­­ra­­­­sa, han­­­­sı­­­­sa mə­­­­qam­­­­la­­­­ra so­­­­xuş­­­­du­­­­ru­­­­lur”.

Cavid İmayıl SÖZ adamı olaraq bir ziyalıdır. O bilir ki, ziyalının işığı təkcə ayrı-ayrı fərdlərin yolunu aydınlatmır, o, həm də bütövlükdə bir xalqın, Vətənin başı üzərində əbədi şəfəq saçan  Günəş zərrəsi kimidir. Ziya işığından nur alan insanın  Vətən torpağına olan sevgisi tükənməzdir. O, “Ziyalılarımızı “Otel otağı”nda itirməyək” məqaləsində məhz bu işıqdan bəhs edərək soruşur: “Nə­­­­yə gö­­­­rə cə­­­­miy­­­­yə­­­­ti­­­­miz­­­­də bir sı­­­­ra hal­­­­lar­­­­da ta­­­­ri­­­­xin bü­­­­tün dö­­­­nəm­­­­lə­­­­rin­­­­də şə­­­­rəf­­­­li ya­­­­şa­­­­ma­­­­ğı yox,  ri­­­­ya­­­­kar­­­­lı­­­­ğı, sat­­­­qın­­­­lı­­­­ğı öz­­­­lə­­­­ri­­­­nin ya­­­­şam bren­­­­di­­­­nə çe­­­­vir­­­­miş­­­­lər da­­­­im kür­­­­sü­­­­lər­­­­də söz sa­­­­hi­­­­bi olur­­­­la­­­­r? Məhz ək­­­­sər hal­­­­lar­­­­da  ço­­­­pur cab­­­­bar­­­­lar önə çə­­­­ki­­­­li­­­­r. Nə­­­­yə gö­­­­rə cə­­­­miy­­­­yə­­­­ti­­­­miz be­­­­lə­­­­lə­­­­ri­­­­ni qə­­­­bul edi­­­­r”? Maraqlıdır ki, Cavid bəy cavabı da sual formasında verir:” Əsl Və­­­­tən sev­­­­da­­­­lı­­­­la­­­­rı, döv­­­­lə­­­­tə və döv­­­­lət­­­­çi­­­­li­­­­yə bağ­­­­lı olan zi­­­­ya­­­­lı­­­­lar, hə­­­­qi­­­­qi elm adam­­­­la­­­­rı na­­­­dan əlin­­­­də mə­­­­nən əzil­­­­dik­­­­də, siz­­­­cə, Və­­­­tən sar­­­­­sıl­­­­­mır­­­­­mı­­­­­”?

Azərbaycan dili Cavid bəyin demək olar ki, qırmızı xətti, yaralı yeridir. Onun SÖZ yaradıcılığında bu mövzu qoşa xəttlə keçir. Ana dilinin təəssübünü çəkən, onun ən ali dəyər olduğunu illərdi bu millətə  başa salmağa çalışan müəllif bu kitabında  da Azərbaycan dilinə xələl gətirənlərə etiraz edir. 

Hər SÖZ ayrılıqda bir məna daşıyır, amma SÖZ sərrafı  həmin sözləri al-əlvan muncuq kimi ipə düzəndə bu, olur laləzar bir çəmənlik. Həmin çəmənliyin çiçəklərini toplayıb çox məharətlə, həvəslə, sevə-sevə  SÖZ çələngi hazırlayanlardan biri Cavid İsmayıldır. Cavid bəy SÖZ çələngini ustalıqla hazırlaya bilən yaradıcı adamdı. O bu çələngi ləçək-ləçək yazılarına səpələyib. İstər məqalələrində, istərsə də elmi araşdırmalarında bunu aydın görmək mümkündür. Baxmayaraq ki, əks sahələrin peşəkarıdır. İqtisad, hüquq və beynəlxalq münasibətlər üzrə təhsil alan Cavid İsmayıl iqtisad üzrə fəlsəfə doktoru olaraq “İqtisadi araşdırmalar – beynəlxalq jurnal“ın təsisçisi, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədridir. Onu yaxından tanıyanlar, yaradıcılığına bələd olan oxucular  bilirlər ki, ən böyük amalı türkçülük, turançılıqır. Vətəni canı-qanı qədər sevir. Bütün bu fərqliliklər, üstünlüklər yazdığı publisistik məqalələrində, bədii kitablarında, elmi araşdırmalarında qırmızı xəttlə keçir.

Bu deyilənləri və daha artığını “Vətən bizə əmanətdir” kitabını bütövlükdə oxuyarkən tanış ola bilərsiniz.

Züleyxa NADİR

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png