ONN İnformasiya Agentliyi

İnstaqramdan gözlənilən YENİLİK GƏLDİ

İnstaqramdan gözlənilən YENİLİK GƏLDİ
04 Mart 2021 - 10:41

İnstaqram sosial platforması yenilik təqdim edib.

ONN media  xəbər verir ki, istifadəçilər artıq 4 nəfərlik otaqlarda canlı söhbət apara biləcək.

Şirkət açıqlamasında yeniliyin insanları özünü ifadə etmək üçün daha yaradıcı formatlardan istifadə etməyə təşviq məqsədi daşıdığını söyləyib. Sosial şəbəkənin komandasının fikrincə, çox sayda iştirakçı ilə canlı yayımlar daha geniş auditoriyanı cəlb edəcək, çünki bütün yayımçıların abunəçiləri tərəfindən görünəcək. Təşkilatçılar şərhləri senzuradan keçirə və qaydaları pozan izləyiciləri blok edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl yalnız 2 istifadəçi sosial şəbəkələrdə canlı yayım apara bilirdi.

Funksiyadan istifadə etmək üçün ekran tətbiqdə sola sürüşdürülməli və “Canlı Kamera” seçilməlidir. Sonra bir yayım adı əlavə edilməli və “Canlı Otaqlar” simvoluna vurulmalıdır. Bundan sonra istifadəçi canlı yayım aparmaq istədiyi qonaqları seçə biləcək.

Xüsusiyyət “Clubhouse”dakı “otaqlara” bənzəyir.

Sosial şəbəkə rəhbərliyindən verilən məlumata görə, yeniləmə həm də istifadəçilərin iş qurma və fəaliyyətlərindən pul qazanmasına kömək edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png