ONN İnformasiya Agentliyi

Ərdoğandan KRİTİK AÇIQLAMA: “Sülhməramlıların mövcudluğu olmadan…”

Ərdoğandan KRİTİK AÇIQLAMA: “Sülhməramlıların mövcudluğu olmadan…”
13 Yanvar 2021 - 22:21

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

ONN media  xəbər verir ki, Kremlin mətbuat xidməti Vladimir Putinin Türkiyə dövlətinin başçısına yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verdiyini bildirib.

“Anadolu Agentliyi” isə Türkiyə Prezidenti Administrasiyasının məlumatını yayımlayıb.

Məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır. Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək”, – deyə Ərdoğan bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png