ONN İnformasiya Agentliyi

3 aprel İhsan Doğramacının doğulduğu gündür

3 aprel İhsan Doğramacının doğulduğu gündür
03 Aprel 2021 - 10:35

Unutmayaq, unutdurmayaq!

3 aprel (1915-2010) Türk dünyasının dəyərli şəxsiyyətlərindən olan dünyaca məşhur alim, dünya şöhrətli pediatr, maarifçi, xeyriyyəçi, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, Azərbaycanın böyük dostu professor İhsan Doğramacının anadan olduğu gündür.

İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır.

İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.

1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi.

1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi.

İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.

Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png