ONN İnformasiya Agentliyi

Ermənilərin dağıtdığı 36 məktəbdə təmir-tikinti yekunlaşdı

Ermənilərin dağıtdığı 36 məktəbdə təmir-tikinti yekunlaşdı
16 Sentyabr 2021 - 15:22

44 günlük müharibə dövründə zərər dəymiş 45 məktəbdən 36-da təmir və tikinti işləri yekunlaşıb.

ONN media xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

O bildirib ki, ölkədə digər məktəblərin də bərpası istiqamətində işlər davam etdirilir:

“Sentyabrın 15-dək 37 məktəbin açılışı olub. Bu məktəblərdən 15-i modul tiplidir. İlin sonuna qədər isə daha 32 məktəbin açılması planlaşdırılır. Onlardan da 16-sı modul tipli məktəbdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png