ONN İnformasiya Agentliyi

Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR

Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR
16 Sentyabr 2021 - 16:29

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azadinfo. az saytının rəhbəri, hazırda həbsdə olan Mahir Ələkbərovun (Xəttab) barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

ONN media xəbər verir ki, prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Mahir Ələkbərovun ev dustaqlığına buraxılmasını məqbul saymayıb.

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png