ONN İnformasiya Agentliyi

XOŞ XƏBƏR: Martda 14 gün iş olmayacaq

XOŞ XƏBƏR: Martda 14 gün iş olmayacaq
01 Mart 2021 - 11:22

Mart ayında 14 gün qeyri-iş günü olacaq.

ONN media   bildirir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, 2021 -ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.

Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png